İbrahim Həsənov Avropa çempionu olub, Tunar Həsənov bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

İbrahim Həsənov Avropa çempionu olub, Tunar Həsənov bürünc medal qazanıb


Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

"Sizinxeber.az" xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə millimiz 2 medal qazanıb.

Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.

İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Oxşar xəbərlər

İbrahim Avropa çempionu olub, Tunar bürünc medal qazanıb
Avropa çempionatı: İdmançılarımız bir gündə 5 medal qazandı
Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub
Azərbaycan güləşçisi Əli Cavadlı U-17 Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanın yeniyetmə güləşçiləri Avropa çempionatına üç medalla başlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər