Millimiz Avropa ikincisi olub
sizinxeber.az xəbər saytı

Millimiz Avropa ikincisi olub


Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.

"Sizinxeber.az"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləş üzrə millimiz uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk "3-lüy"ü qapayıb.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Sərbəst güləş millimiz Avropa ikincisi olub
Azərbaycanın sərbəst güləş millisi Avropa ikincisi olub
İbrahim Həsənov Avropa çempionu olub, Tunar Həsənov bürünc medal qazanıb
İbrahim Avropa çempionu olub, Tunar bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa ikincisi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər