Xaricdə olan ermənilər Ermənistanda parlament seçkilərdə səs verə bilməyəcək
Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız respublika ərazisində ancaq fiziki halda iştirak edə biləcəklər.
Bunu TASS-a açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Seda Qukasyan bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklərdən sonra Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin ərazisində seçki məntəqələri açılmır.
“Ermənistan vətəndaşı ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, yalnız Ermənistan ərazisində fiziki iştirakı ilə iradəsini ifadə edə bilər”, - MSK rəsmisi vurğulayıb.
Bununla yanaşı, diplomatik xidmət keçən Ermənistan vətəndaşları, xaricdə uzunmüddətli ezamiyyətdə olan və ya təhsil alan hərbi qulluqçular, eləcə də onların səsvermə hüququ olan ailə üzvləri istisnadır. Belə ki, onlar elektron şəkildə səs vermək hüququna malikdirlər.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Oxşar xəbərlər
Xaricdə yaşayan Ermənistan vətəndaşları yalnız ölkəyə qayıtdıqdan sonra seçkilərdə səs verə biləcəklər
Qazaxıstan XİN: Xaricdə referendumda 9050 vətəndaş səs verib
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
