Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: O, “sən türksən” deyib məni təpiklədi
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.
"Sizinxeber.az" xəbər verir ki, o, 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadğını bildirib.
Zərərçəkmiş şəxs 1992-ci il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onları atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu söyləyib. Yaşar Əlməmmədovun sözlərinə görə, o, fevralın 27-də əsir götürülüb.
Təqsirləndirilən şəxlərdən Madat Babayanı, Bako Sahakyanı və Arkadi Qukasyanı tanıdığını deyən zərərçəkmiş daha sonra vurğulayıb: “Madat Babayanın dəstəsinin üzvləri, şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə “sən türksən” deyib təpiklədi, sonra təhqir etdi”.
Y.Əlməmmədov 1992-ci il martın 2-də yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Xankəndidən olan zərərçəkmiş: Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satılmırdı
Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













