Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
sizinxeber.az xəbər saytı

Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi


Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.

Sizinxeber.az xəbər verir ki, o, əməkhaqlarının da Ermənistan dramı ilə ödənildiyini deyib. “Biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.

Oxşar xəbərlər

Arkadi Qukasyan məhkəmədə etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
Arkadi Qukasyan: “Böyük Ermənistan” ideyası nağıldır
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər