Kürdəmirdə qoşqusunda 8 avtomobil olan yük maşını yanıb - VİDEO
Kürdəmirdə yanğın olub.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində baş verib.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "SCANİA" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Kürdəmirdə avtomobil yanıb - VİDEO
Sumqayıtda avtomobil yanıb - VİDEO
Sumqayıtda avtomobildə yanğın olub
Sumqayıtda avtomobildə yanğın olub - VİDEO
Bakıda “NİVA” yanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












