Yusif Abdullayev: "Azərbaycan sabit iqtisadi model formalaşdırmağa nail olub"
Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sabitliyini uğurla qoruyub saxlamaqdadır.
"Sizinxeber.az" xəbər verir ki, bu fikirləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində təşkil olunan biznes forumda səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan böyük əraziyə malik ölkə deyil: "Biz dünya miqyasında həm Rusiya, həm də İranla eyni vaxtda sərhədə malik olan tək dövlətik. Təəssüflər olsun ki, bu gün qlobal səviyyədə, xüsusilə bizim regionumuzda vəziyyət tam sakit deyil. Bununla belə, dövlət rəhbərliyi və Prezident ölkənin tərəqqisi naminə olduqca davamlı iqtisadi model yaratmağa müvəffəq olub. Düşünürəm ki, bu, yalnız iqtisadiyyatımızın deyil, ümumilikdə ölkəmizin fundamental dayaqlarından birini təşkil edir. Azərbaycan həm siyasi, həm də iqtisadi sabitlik baxımından etibarlı ölkədir".
Y. Abdullayev vurğulayıb ki, Azərbaycan neft və qaz ehtiyatları ilə geniş şəkildə tanınır: "Ancaq son onilliklər boyunca iqtisadiyyatımızı diversifikasiya etməyə və qeyri-neft-qaz sahəsinin xüsusi çəkisini artırmağa nail olmuşuq. QDTİB-in sonuncu biznes forumu 2022-ci ilin iyul ayında baş tutmuşdu. O zaman qeyri-neft sektoru ÜDM-in 52 %-ni əhatə edirdi. Yalnız 4 il keçdikdən sonra bu rəqəm artıq 71 % səviyyəsinə çatıb. Bu isə onu göstərir ki, ÜDM-in 71 %-i hazırda qeyri-neft-qaz iqtisadiyyatı tərəfindən formalaşdırılır. Şübhəsiz, ixracın diversifikasiyası da bizim üçün mühüm prioritetdir".
AZPROMO-nun icraçı direktoru bildirib ki, bu kontekstdə böyük həcmli investisiyaların cəlb edildiyi infrastruktur və logistika əlaqələri sahəsi xüsusi əhəmiyyətə malikdir: "Logistik bağlantılar diqqətimizi yönəltdiyimiz və daha da təkmilləşdirmək niyyətində olduğumuz əsas strateji istiqamətlərdən birini təşkil edir".
Oxşar xəbərlər
Yusif Abdullayev: "Azərbaycan çağırışlara baxmayaraq investorlar üçün əlverişli mühit formalaşdırıb"
Yusif Abdullayev: "Azərbaycan beynəlxalq ticarət və investisiya fəallığı mərkəzi olmaq istəyir"
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Azərbaycan QDTİB-ə üzv ölkələrə ölkənin biznes imkanlarını təqdim edəcək
Yusif Abdullayev: "20 il ərzində Azərbaycana 350 milyard dollardan çox investisiya yatırılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
