Bakıda “NİVA” yanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda “NİVA” yanıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ. Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “NİVA” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “NİVA” markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Kürdəmirdə avtomobil yanıb - VİDEO
Sumqayıtda avtomobil yanıb - VİDEO
Sumqayıtda avtomobildə yanğın olub
Sumqayıtda avtomobildə yanğın olub - VİDEO
Qazaxda ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle