Rusiyanın zərbələri nəticəsində ölən 13 nəfərlə əlaqədar Kiyevdə matəm elan edilib - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Rusiyanın zərbələri nəticəsində ölən 13 nəfərlə əlaqədar Kiyevdə matəm elan edilib - YENİLƏNİB-3


Rusiyanın Ukrayna paytaxtına gecə saatlarında kütləvi zərbəsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar iyulun 3-ü Kiyevdə matəm günü elan edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında bildirib.

"İyulun 3-ü Kiyevdə düşmənin kütləvi hücumunun qurbanlarının xatirəsinə həsr olunaraq matəm günü elan edilib. Həmin gün şəhərin bütün kommunal binalarında bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda, dövlət binalarında da bayraqların yarıya qədər endirilməsi tövsiyə olunur", - o yazıb.

V.Kliçko, həmçinin bildirib ki, hücum nəticəsində xəsarət alanların sayı 86-ya çatıb, azı 13 nəfər ölüb: "Paytaxtın Darnitski rayonunda zədələnmiş yaşayış binasında axtarış-xilasetmə əməliyyatı davam edir, orada dağıntılar altında insanlar qalmış ola bilər".

Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində 10 nəfər ölüb, daha 34 şəxs yaralanıb.

"Sizinxeber.az" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və Ukrayna paytaxtının meri Vitali Kliçkoya istinadən xəbər verir ki, xilasetmə işləri davam edir.

Daha əvvəl iki nəfərin öldüyü və 20 sakinin xəsarət aldığı bildirilib, lakin axtarış-xilasetmə əməliyyatının gedişində qurbanların və xəsarət alanların sayı artıb.

Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.

"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko məlumat yayıb.

Onun sözlərinə görə, saat 05:10-a olan vəziyyətə əsasən 20 nəfərin xəsarət aldığı barədə məlumat təsdiqlənib.

T. Tkaçenko bildirib ki, atəş nəticəsində bütün Kiyev üzrə 28 yerdə zədələnmələr qeydə alınıb: "Əsasən yaşayış binaları və mülki infrastruktur obyektləri ziyan görüb".

Rusiya qoşunları iyulun 2-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək Kiyevə zərbə endirib.

"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində beş nəfər yaralanıb.

"Hava həyəcanı elan edildikdən sonra hava hücumundan müdafiə (HHM) bölmələri paytaxta bir neçə istiqamətdən yaxınlaşan hədəflərə atəş açıblar", - məlumatda bildirilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko çoxmərhələli kombinəedilmiş hücum ehtimalı barədə xəbərdarlıq edib və sakinləri sığınacaqlarda qalmağa çağırıb. Daha sonra o, ballistik raketlərin tətbiqi təhlükəsi barədə məlumat verib, bundan sonra Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) şimaldan Kiyevə doğru uçan raketlər barədə məlumat yayıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Desnyan rayonunda PUA qalıqları yanğına səbəb olmadan fərdi evin yaxınlığına düşüb. Bundan əlavə, raket zərbəsi nəticəsində insanların köməksiz vəziyyətdə qaldığı doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib.

Şevçenko rayonunda dron qalıqları qeyri-yaşayış binasının ərazisinə düşüb. Daha sonra orada üçmərtəbəli binanın damı yanıb, həmçinin mehmanxanada yanğın baş verib. Bundan əlavə, tibb müəssisəsi qismən dağılıb.

Bundan əlavə, iyulun 2-nə keçən gecə Rusiya qoşunları Xarkovda yaşayış binasına zərbə endirib. Hücumun nəticələri barədə məlumat dəqiqləşdirilir.

Oxşar xəbərlər

Kiyevin meri: Rusiyanın hücumları nəticəsində şəhərdə ölənlərin sayı iki nəfərə çatıb
Sabah Kiyevdə matəm elan olunub
Rusiyanın hücumu nəticəsində Kiyevdə ölən və yaralananların sayı artıb - YENİLƏNİB-2
Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb
Rusiya ordusunun Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 50-dən çox şəxs yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər