Ağcabədidə yol qəzası olub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Ağcabədidə yol qəzası olub, xəsarət alanlar var


Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə-Hindarx yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər - Ağcabədi rayon Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Ağdamda qəza baş verib, xəsarət alanlar var
Salyanda yol qəzası olub, bir ailənin beş üzvü xəsarət alıb
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Salyanda avtomobil aşıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər