Şərurda fermada, Kəngərlidə evdə yanğın olub - FOTO
sizinxeber.az xəbər saytı

Şərurda fermada, Kəngərlidə evdə yanğın olub - FOTO


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndində heyvandarlıq fermasında, Kəngərli rayon Qıvraq qəsəbəsində isə fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumatlar daxil olub.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Şərur və Kəngərli rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənişlənməsinə imkan verilmədən söndürülüb.

Siyaqut kəndində hadisə nəticəsində 400 m² sahəsi olan fermanın bir tikilisinin çardaq-tavan hissəsi və içərisində olan 150 metr 75 diamtrli plastik boru yanıb, iki 600 m² və 200 m² sahəsi olan digər tikililər yanğından mühafizə olunub.

Qıvraq qəsəbəsində 1 mərtəbəli, 3 otaqlı, 144 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 18 m² tavan hissəsi yanıb, evin 126 m² tavan hissəsi və digər hissələri içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Kəngərli rayonunda evdə yanğın olub - FOTOLENT
Şərurda yaşayış evində yanğın olub - FOTO
Naxçıvanda taxıl sahələri yanıb
Şərurda yanğın olub
Şərur və Babək rayonlarında ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər