Şərur və Babək rayonlarında ev yanıb
sizinxeber.az xəbər saytı

Şərur və Babək rayonlarında ev yanıb


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Cəlilkənd kəndində və Babək rayon Nehrəm qəsəbəsində fərdi yaşayış evlərində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Oxşar xəbərlər

Şərurda yaşayış evində yanğın olub - FOTO
Şərurda yanğın olub
Şərurun 2 kəndində ot bağlamalarında yanğın olub
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb
Naxçıvanda taxıl sahələri yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər