Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
Təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb.
Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub.
Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Bəbək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb
Gəncədə təcili tibbi yardım atvomobili minik avtomobili ilə toqquşub, xəsarət alan var
Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb, yaralılar var - FOTO
Lənkəranda təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə ölüb
Goranboyda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













