Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmişlər ifadə veriblər.
"Sizinxeber.az" xəbər verir ki, zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib.
Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər.
Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.
Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.
Oxşar xəbərlər
Vardanyanın məhkəməsində erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib
Vardanyanın məhkəməsində şahid: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb - YENİLƏNİB
Vardanyanın vəsatəti yenidən əsassız sayılıb
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
Ruben Vardanyanın vəkili vəsatətlərlə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










