Vardanyanın məhkəməsində erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib
sizinxeber.az xəbər saytı

Vardanyanın məhkəməsində erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verib.

"Sizinxeber.az"un məlumatına görə, şahid ifadəsində bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb.

O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavə edib.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Oxşar xəbərlər

Erməniəsilli şahid: Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
Vardanyanın məhkəməsində şahid: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb - YENİLƏNİB
Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
Vardanyanın vəsatəti yenidən əsassız sayılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle