Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb - YENİLƏNİB


Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən verilən məlumatda bildirilib.

Məlumata görə, martın 4-də saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub: "Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 5 mart saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb".

Fəridə

***

17.04

Tovuzda doğuşda körpə ölümü baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb.

Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Tovuzda yeni doğulan körpə ölüb
Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb, uşaq ölü doğulub - YENİLƏNİB-1
Zaqatalada daha bir azyaşlı ölüb
Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər