Zaqatalada daha bir azyaşlı ölüb
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideyinlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.
Müayinə zamanı azyaşlı M. Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.
Aparılan həkim müdaxilələrinə baxmayaraq axşam saat 19 radələrində Reanimasiya şöbəsində M. Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.
Hər iki faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada azyaşlı xəstəxanada ölüb
Zaqatalada yeni doğulan körpə ölüb
Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
Zaqatalada yeni doğulan körpə ölümü qeydə alınıb
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
