Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir
İranın Bəndər-Ənzəli istiqamətində Ənzəli limanında balıqçılar tərəfindən meyit aşkarlanıb.
Sizinxeber.az-nın cənub bürosunun xəbərinə görə, meyiti tapılan şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı Mahmud İbayev olduğu ehtimal edilir.
İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb. Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən, onun Mahmud İbayev olduğunu bildirirlər.
Mahmud İbayevin qardaşı Rəşad İbayev Sizinxeber.az-ya açıqlamasında fotoya əsasən, meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.
Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.
1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları davam etdirilirdi.
Oxşar xəbərlər
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir
Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - FOTO
Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir, helikopter cəlb olunub - YENİLƏNİB-1 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
