Yasamalda “Nuxa” restoranının fəaliyyəti dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb.
Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, DYNX tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 1055-ci məhəllədə yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Nuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunub ki, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən restoranın mətbəxində yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq təbii qaz təsərrüfatından istifadə edilir, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib, elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib və s.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Nuxa” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Bakıda yanğın təhlükəli restoranın fəaliyyətini dayandırılıb - VİDEO
Ağstafada yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - VİDEO
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yaşayış binasının avtodayanacağında avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













