“Medera Hospital” və 8 şirkətdə əmək hüquqlarının pozulması halları ilə bağlı məhkəməyə müraciət edilib
sizinxeber.az xəbər saytı

“Medera Hospital” və 8 şirkətdə əmək hüquqlarının pozulması halları ilə bağlı məhkəməyə müraciət edilib


Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı “Medera Hospital” MMC, “Abbasoğlu İnşaat” MMC, “Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service” MMC və “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa, “İlkin-E” şirkəti, “Kerama Trade” MMC və “KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Oxşar xəbərlər

Əmək hüquqlarının pozulması hallarına qarşı əməliyyatlar keçirilib, şirkətlər barəsində protokol tərtib olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada “Maricel” restoranı 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Cinema Plaza” əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər