Gəncədə evdə qaz sızmasından partlayış olub, xəsarət alan var
Gəncədə evdə qaz sızmasından partlayış olub.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanya yerləşdirilib. Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
TƏBİB-dən Sizinxeber.az-ya bildirilib ki, fevralın 11-də saat 00:30 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə sifətin, hər iki əlin II dərəcəli termiki yanıq diaqnozu ilə hospitalizasiya olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var - YENİLƏNİB
Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxs Bakıya gətirilib - YENİLƏNİB
Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Gəncədə baş verən partlayışda ölən var, yaralananların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
