Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxs Bakıya gətirilib   - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxs Bakıya gətirilib - YENİLƏNİB


Gəncədə maye qaz balonu partlaması nəticəsində xəsarət alan şəxs Bakıya aparılıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, partlayış nəticəsində yanıq xəsarətləri alan 66 yaşlı Y.Vəliyev bu gün Gəncədə müalicə aldığı xəstəxanadan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə hospitalizasiya edilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

***

09:24

Gəncədə evdə maye qaz balonu partlayıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə maye qaz balonu partlayıb, xəsarət alan var
Gəncədə mənzildə partlayış olub, xəsarət alan var
Gəncədə yeniyetmə bıçaqlanıb
Gəncədə 49 yaşlı kişi bıçaqlanıb
Gəncədə motosiklet piyadanı vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər