Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir
sizinxeber.az xəbər saytı

Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir


Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ə. Atakişiyev bir il əvvəl boşandığı, 270 saylı məktəbdə texniki işçi kimi çalışan G. Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbiriləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Atakişiyev saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

270 nömrəli tam orta məktəbdən "Sizinxeber.az"a bildirilib ki, məktəbin xanım texnki işçisi xilas olmaq üçün məktəbin həyətinə daxil olub:

"Orada ona ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".

Oxşar xəbərlər

Yevlaxda kişi arvadını küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir
Yevlaxda kişi arvadına küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir
Ağstafada kişi 18 yaşlı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir
Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Bakıda orta məktəbin həyətində 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər