Bakıda orta məktəbin həyətində 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Bakıda orta məktəbin həyətində 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB-1


Bakıda şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***

13.45

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə 245 saylı tam orta məktəbdən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib:

"Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".

Yetər Kərimli

***

08.27

Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.

Sizinxeber.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.

TƏBİB-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45 radələrində təcili tibbi yardımın bölməsinə cərəyan vurma səbəbilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Oxşar xəbərlər

245 saylı məktəbin yaxınlığında elektrik cərəyanı vuran gəncin məktəbin şagirdi olmadığı müəyyən olub - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda orta məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda azyaşlının qatar vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər