sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb
İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.
Sizinxeber.az-nın İspaniya mediasına istinadən məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.
Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.
Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbi hazırda məlum deyil.
İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü" deyib: "Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk".
Oxşar xəbərlər
Türkiyədə dağ-xizək kurortunda qar uçqunu olub, beş nəfər yaralanıb
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb
Tailandda sel və torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb, 19 nəfər yaralanıb
Türkiyədə ağır yol qəzasında 18 nəfər yaralanıb, ölənlər var
İspaniyada zavodda partlayış olub, 3 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













