İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb
sizinxeber.az xəbər saytı

İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb


Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxşar xəbərlər

İmişlidə iki məktəblinin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Bakıda teplovoz vuran 35 yaşlı kişi 5 gün sonra xəstəxanada ölüb, cinayət işi açılıb
Bakı sakini qətlə yetirilib, arvadı saxlanılıb
Bakıda kişi arvadını öldürüb, sonra isə özünü asıb
Bakıda ər arvadını qətlə yetirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər