Bakıda teplovoz vuran 35 yaşlı kişi 5 gün sonra xəstəxanada ölüb, cinayət işi açılıb
Bakıda teplovoz vuran şəxs 5 gün sonra xəstəxanada ölüb.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun (qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
Prokurorluq Goranboyda bir həftə əvvəl ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb
Tovuzda qadını yandıraraq ölümünə səbəb olan olan şəxsin məhkəməsi başlayır
İki gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













