Bakı sakini qətlə yetirilib, arvadı saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakı sakini qətlə yetirilib, arvadı saxlanılıb


Oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Bakıda kişi qətlə yetirilib, arvadı tutulub - YENİLƏNİB
Mingəçevirdə oğul atasını döyərək öldürüb
Bakıda məktəbli qətlə yetirilib, həmyaşıdı saxlanılıb - YENİLƏNİB-1
Tərtərdə döyülən 50 yaşlı kişi xəstəxanada ölüb, 30 yaşlı şəxs saxlanılıb - YENİLƏNİB
Tovuzda bir ay əvvəl həmkəndlisini döyərək öldürməkdə şübhəli bilinən şəxs həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər