Korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib
Ötən il ərzində korrupsiya ilə bağlı cinayət işləri üzrə vurulmuş ziyandan 50 milyon manat ödənilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Son bir ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunub.
Məlumata görə, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin edilib.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Ötən il cinayət işləri üzrə özgə əmlakına 131 milyon manat ziyan vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Bu il korrupsiya ilə bağlı 36 əməliyyat keçirilib, 29 nəfər cinayət başında yaxalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Bu il özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsi ödətdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il korrupsiya ilə bağlı 170 cinayət işi başlanılıb, 43 şəxs cinayət başında tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












