Kamran Əliyev: Bu il korrupsiya ilə bağlı 36 əməliyyat keçirilib, 29 nəfər cinayət başında yaxalanıb
Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 36 əməliyyat keçirilib, 29 nəfər cinayət başında tutulub.
“Sizinxeber.az” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, baş idarə tərəfindən 143 şəxs barəsində cinayət işi baxılması üçün məhkəmələrə göndərilib: "108 cinayət işi üzrə vurulmuş maddi ziyan 102 milyon 400 min manat təşkil edib. İbtidai istintaq dövründə 25 milyon 545 min manatın ödənilməsi, həmçinin 20 milyon 760 min manat məbləğində əmlak üzərinə həbs qoyulub. Ümumilikdə 46 milyon 305 min manat məbləğində ziyanın bərpası təmin olunub".
K.Əliyev vurğulayıb ki, bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 16 milyon 629 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 68 min manat məbləğində pul vəsaiti ödənilib.
Oxşar xəbərlər
MN-dəki 143 milyonluq cinayət işi: Üç il ərzində İşlər İdarəsinə 16 milyon manat əsassız ödəniş edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
