sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kürdəmirdə qəza olub, ölən və xəsarət alan var
Kürdəmirdə yol- nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib. "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə Kürdəmir rayon sakini, 1972 -ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Oğlu, 2004-ci il təvəllüdlü Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə ağır qəza baş verib, ölən və yaralanan var
Kürdəmirdə ağır qəza baş verib, ölən və xəsarət alan var
Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







