Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və sektor müdirinin məhkəməsi başlayıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Eldəniz Qulamovun vəkili iştirak etməyib.
Raqif Abbasovun vəkili Yusif Səmədov isə istintaq materilları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Proses fevralın 4-dək təxirə salınıb.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisinin məhkəməsi başlayır, icraata verilib
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin məhkəməsi başlayıb
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 698 min manat ödəyib, son söz üçün vaxt istəyib
Avropada işlə təmin etmək adı altında 171 nəfərin külli miqdarda pulunu ələ keçirən şəxslərin məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












