MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin məhkəməsi başlayıb


Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəməsi başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin olunub.

Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Cəbrayıl Orucova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Sabiq maliyyə xidmət rəisi barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə DTX-nin İstintaq baş idarəsi tərəfindən vəsatət və Baş Prokurorluq tərəfindən təqdimat verilib.
Bakı Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.

Oxşar xəbərlər

MN-dəki mənimsəməyə görə həbs edilən daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
16 milyon manatdan çox əsassız ödəniş edilib - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-in hərbi hissələrində maliyyə xidmətinin rəisi olmuş şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər