Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib


Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Oxşar xəbərlər

Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
Bərdədə narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər