Təyyarə qəzasında həyatını itirən Balakən sakinləri dəfn olunublar - VİDEO - FOTO - YENİLƏNİB
Aktau şəhərində aviaqəza zamanı həyatını itirən Balakən rayon sakinləri dəfn olunublar.
***
13.20
Aktau şəhərində aviaqəza zamanı həyatını itirən Balakən rayon sakinlərinin nəşləri ailələrinə təhvil verilib.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirənlərdən Balakən rayon sakinləri olan 8 nəfərin - 2004-cü il təvəllüdlü, Balakən rayonu Qullar kənd qeydiyatında olan Mahmud Muhumahacı oğlu Tütünçiyev, 1968-ci il təvəllüdlü, Balakən rayonu Şərif kənd sakini Rəşid Abbas oğlu Qıstarov, 1962-ci il təvəllüdlü, Balakən rayonu Şərif kənd sakini İbrahim Abbas oğlu Qıstarov, 1990-cı il təvəllüdlü, Balakən rayonu Xalatala kənd sakini Həmzət Muhuma oğlu Qurbaçov, 1969-cu il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Rəna Abbas qızı Yeznayeva, 1960-cı il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Mömünət Şəhmir qızı Qoqamova, 1972-ci il təvəllüdlü Balakən rayonu Müşəşambul kənd sakini Mələykə Murtuzəli qızı Anqbazova və 1988-ci il təvəllüdlü, Balakən rayonu Şambul kənd sakini Yadigar Seyfəddin oğlu Mehdiyevin nəşləri bu gün günorta saatlarında ailələrinə təhvil verilib.
Hazırda aviaqəza zamanı həyatını itirənlərlə yaxınlarının vida mərasimi keçirilir.
Vida mərasimindən sonra həyatını itirən şəxslər ayrı-ayrılıqda doğulduqları kəndlərin qəbirstanlığında dəfn olunacaqlar.
Qeyd edək ki, Aktauda baş verən aviaqəza zamanı təyyərənin göyərtəsindəki sərnişinlərdən 15 nəfəri Balakən rayon sakinləri olub. Bunlardan 9 nəfəri hadisə yerində faciəli şəkildə həyatlarını itiriblər. Həyatını itirənlərdən rayonun Şərif kənd sakini olan 26 yaşlı Ramazan Nərman oğlu Filiyevin nəşi dekabrın 27-i ailəsinə təhvil verilib və o Şərif kənd qəbirsanlığında dəfn olunub. Aviaqəza zamanı 6 nəfər Balakən rayon sakinləri - 1959-cu il təvəllüdlü, Balakən rayonu Qullar kənd sakini Tofik Ramazan oğlu Devrişov, 1986-cı il təvəllüdlü, Balakən rayonu Qullar kənd sakini Samir Tofik oğlu Devrişov, 2005-ci il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Məhəmməd Eyvaz oğlu Papaxov, 1994-ci il təvəllüdlü, Balakən rayonu Mahamalar kənd sakini Leyla Cavanşir qızı Ömərova, 1981-ci il təvəllüdlü, Balakən rayonu Hənifə kənd sakini Vəfa Cuma qızı Şabanov və 2004-cü il təvəllüdlü Balakən rayon Xalatala kənd sakini Hafisət Hüseyn qızı Çitiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxşar xəbərlər
Təyyarə qəzasında həyatını itirən Balakən sakinlərinin nəşi ailələrinə təhvil verilib - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda aviaqəzada həyatını itirən Zaqatala sakinləri dəfn olunublar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda aviaqəzada həyatını itirən Zaqatala sakinlərinin nəşi ailələrinə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum olub - SİYAHI - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












