Təyyarə qəzasında həlak olduğu ehtimal edilən Hökümənin atası: Zəng edib dedilər ki, başınız sağ olsun!
Təyyarə qəzasında həlak olduğu ehtimal edilən, ekipaj üzvlərindən biri Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə şəhər sakinidir.
H.Əliyevanın atası Cəlil Əliyev "Report"un Qərb bürosuna açıqlamasında bildirib ki, Azərbaycan Hava Yollarından ona başsağlığı veriblər.
“Təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də mənim qızım Hökümə Əliyevadır. O, 2016-cı ildən orada çalışırdı. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağ olsun! Başqa heç nə bilmirəm”, - C.Əliyev deyib.
H.Əliyevanın qardaşı Coşqun isə bacısının aqibəti ilə bağlı dəqiq məlumatı bilmək üçün Qazaxıstanda təyyarə qəzasında yaralanan şəxslərin aparıldığı xəstəxana ilə əlaqə saxlayıb:
"Bacımın fotosunu göndərdik ki, yaralıların içərisində olub-olmadığını dəqiqləşdirsinlər. Onlar da bildirdilər ki, ağır yanıq xəsarətləri alan, üzü tanımaz halda olan yaralılar var, bəlkə də onların içərisindədir. Lakin dəqiq heç nə demədilər. Qazaxıstanlı həkimlər bütün yaralılara istənilən tibbi yardımı göstərir".
Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci il təvəllüdlüdür, ailəlidir, ovladı yoxdur.
Oxşar xəbərlər
Təyyarə qəzasında sağ qalanlardan biri Lənkəran rayon sakinidir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Malavidə təyyarə qəzasında iki nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-da təyyarə qəzasında 5 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında avtomobil qəzasında həlak olanlardan biri Gəncədə dəfn ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












