KİV: Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal olunur
Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi respublikadakı iki mənbəyə istinadən məlumat verib.
Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.
“O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur”, – mənbələrdən biri bildirib.
Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.
Uçuşun təyinat məntəqəsi göstərilməyib. “FlightRadar” uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.
“FlightGlobal”ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.
Oxşar xəbərlər
ABŞ-da təyyarə qəzasında 5 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bəşər Əsəd mühafizəçiləri ilə birlikdə Dəməşqdən qaçıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reuters: Suriya ordusunun komandanlığı zabitlərə Əsədin hakimiyyətinin sona çatdığını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya Prezidenti Bəşər Əsədin qardaşının İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı xəbərlər təkzib edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












