Təyyarə qəzasında sağ qalanlardan biri Lənkəran rayon sakinidir - FOTO
Bu gün təyyarə qəzasında sağ qalanlardan biri də Lənkəran rayon Lüvəsər kənd sakini 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə atası Zəfər kişi deyib ki, evin tək oğlu olan Ayhan əmisinin yanına işləməyə gedirdi.
"Dünən bibisi ilə Sumqayıt şəhərinə getdi. Bu gün səhər təyyarə ilə Rusiyaya əmisinin yanına özünə iş qurmağa getdi. Saat 11-12 də onlardan bir xəbər çıxmadı. Qardaşıma zəng etdim Ayhandan nə xəbər var. Qardaşım ağladı dedi evimiz yıxılıb. Ayhanın olduğu təyyarə Qazaxıstanda qəzaya düşüb, amma sağ qalanlar var. Ümid edək ki, Ayhan da sağ qalanların siyahısındadır. Yoldaşıma bir söz demədim. Televizora baxdım gördüm Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov oğlumla danışır, səhhəti ilə maraqlanır. Ondan sonra yoldaşıma xəbəri verdim. Sağ olsun dövlət başçısı hadisə ilə bağlı operativ qrup yaratdı. Özü də iclasdan dönüb xalqın yanında olduğunu göstərdi".
Ayhanın anası Aynur Bayramova bildirib ki, təyyarə qəzasını yoldaşından eşidib. "Yoldaşım mənə xəbəri çatdıranda ölənlər haqqında eşidəndə çox pis oldum və sevindim ki, oğlum sağdır. Televizorda oğlumu gördüm özü ilə qısa da olsa telefonla danışdıq ürəyim rahat oldu. Dedi ana hər şey yaxşıdır tezliklə evə qayıdaram".
Qeyd edək ki, Ayhan Bayramzadə ailədə bir bacı bir qardaşdır.
Oxşar xəbərlər
Lənkəranda ustalar hündürlükdən yıxılıb, biri ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında yaralanan şəxsin anası: Oğlum dedi yaralanmışam, xəstəxanadayam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alan şəxsin atası: "Zəng edib dedi ki, vəziyyətim yaxşıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












