AFFA prezidenti "Sabah"ı təbrik edib
sizinxeber.az xəbər saytı

AFFA prezidenti "Sabah"ı təbrik edib


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Sabah" klubunu qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, R.Nəcəf bunu "X" sosial şəbəkə hesabında yazıb.

"Hörmətli "Sabah" klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular!

Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm!", - o bildirib.

AFFA prezidenti "Zirə" ilə matçın gərgin keçdiyini xatırladıb:

"Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə nümayiş etdirdiyiniz əzmkar oyun, peşəkarlıq və qələbə ruhu sizi layiqli zəfərə daşıdı. Final qarşılaşmasında göstərdiyiniz yüksək performans futbolsevərlərə yaddaqalan anlar yaşatdı.

Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir.

İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız.

Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!".

Qeyd edək ki, "Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.

Finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Oxşar xəbərlər

AFFA prezidentindən "Sabah"a təbrik: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz
AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz
AFFA prezidenti: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqəni təmin edəcəyinə inanıram"
AFFA prezidenti: "İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq"
AFFA prezidenti: “Qarabağ”a yeni qələbələr diləyirəm”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər