İmişlidə pirotexniki vasitələr satan şəxs müəyyən olunub
sizinxeber.az xəbər saytı

İmişlidə pirotexniki vasitələr satan şəxs müəyyən olunub


İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşində ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Ş.İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.

Oxşar xəbərlər

Tərtərdə pirotexniki vasitələr satan şəxslər müəyyən edilib
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər