Tovuzda məktəbdə 55 nəfər tüstüdən zəhərlənib  - YENİLƏNİB 1 - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Tovuzda məktəbdə 55 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB 1 - FOTO - VİDEO


"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub".

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə məlumatda bildirilib.

Məryəm Surxay

***

11:58

"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub".

APA xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyrə ediliblər.

"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

***

11:30

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Oxşar xəbərlər

Bakıda yaşayış binasında yanğın söndürülüb, 12 nəfər tüstüdən zəhərlənib - VİDEO - YENİLƏNİB-1
Bakıda məktəbin qazanxanasında partlayış olub, xəsarət alan var - FOTO - YENİLƏNİB
Bakıda məktəbin qazanxanasıda partlayış olub, xəsarət alan var
Tovuzda orta məktəbdə tüstüdən kütləvi zəhərlənmə olub - YENİLƏNİB
FHN: Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər