Bakıda məktəbin qazanxanasında partlayış olub, xəsarət alan var - FOTO - YENİLƏNİB
Bakıda məktəbin qazanxanasında baş verən partlayış nəticəsində xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.
Bu barədə TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumatda bildirilib.
Məlumata görə, hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 27 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
11.55
Bakıda orta məktəbdə qazanxanada partlayış olub.
Sizinxeber.az xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.
42 saylı tam orta məktəbdən Sizinxeber.az-ya verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub:
"Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək".
Qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.
Oxşar xəbərlər
Bakıda məktəbin qazanxanasıda partlayış olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda məktəbin qazanxanasında kiçik həcmli partlayış olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












