Dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıb
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, dekabrın 9-da saat 17:30-da DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb
Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 əcnəbi saxlanılıb
Dövlət sərhədini pozaraq ölkəyə narkotik keçirmək istəyənlər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













