Ağadadaş Ağayevin qaldırdığı mülki iddia məhkəmə baxışına verilib
Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.
Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Proses yanvarın 16-da davam edəcək.
Qeyd edək ki, xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir.
Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.
Həmçinin “Medera Hospital”da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.
Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Oxşar xəbərlər
Xalq artisti Ağadadaş Ağayevin klinikaya qarşı mülki iddiası üzrə məhkəmə keçirilib
Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib
Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub
Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











