Xalq artisti Ağadadaş Ağayevin klinikaya qarşı mülki iddiası üzrə məhkəmə keçirilib
sizinxeber.az xəbər saytı

Xalq artisti Ağadadaş Ağayevin klinikaya qarşı mülki iddiası üzrə məhkəmə keçirilib


Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Ağadadaş Ağayevin vəkili prosesdə iştirak edə bilməyəcəyi barədə ərizə ilə müraciət edib.

Proses iddiaçı tərəfin iştirakı olmadan keçirilib və iş məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

Ağadadaş Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

Oxşar xəbərlər

Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb
Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib
Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib - FOTO - YENİLƏNİB
Ağadadaş Ağayev məhkəmədə özünü təqsirli bilməyib, ifadə verməyə hazır olmadığını deyib - FOTO
Ağadadaş Ağayev məhkəmədə ifadə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər