sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şərurun 2 kəndində ot bağlamalarında yanğın olub
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Çomaxtur və Çərçiboğan kəndlərində ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Naxçıvanda ot bağlamalarında və ekskavatorda yanğın olub - FOTO
Şərur rayonunda yanğın olub - FOTO
Naxçıvanda 1,5 hektar taxıl sahəsi yanıb - VİDEO
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb
Naxçıvanda 4 kənddə yanğın baş verib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













