Bakıda “Chevrolet”lə "Tesla" markalı avtomobillər toqquşub, 1 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Bakıda “Chevrolet”lə "Tesla" markalı avtomobillər toqquşub, 1 nəfər ölüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chevrolet” markalı minik avtomobili ilə "Tesla" markalı minik avtomobili toqquşub və 1 nəfər “Chevrolet” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Bakıda “Chevrolet” və "Tesla" toqquşub, ölən var
Bakıda iki avtomobil toqquşub, ölən var
Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var
Cəlilabadda "VAZ" markalı iki minik avtomobili toqquşub, ölən var
Qəbələdə baş verən ağır yol qəzası ilə bağlı FHN məlumat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle