Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verib
sizinxeber.az xəbər saytı

Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verib


Lənkəran və Lerik rayonlarında baş verən qəzalarda xəsarət alanların vəziyyətləri ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanasından açıqlama verilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin Sizinxeber.az-nın cənub bürosuna verdiyi məlumata görə 30.11.2024-cü il tarixində saat 18:20 radələrində Lənkəran şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Bundan başqa 30.11.2024-cü il tarixində saat 18:45 radələrində Lerik rayonu Günəşli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Oxşar xəbərlər

Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə baş verən qəzada iki nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 31 yaşlı kişi işlədiyi emalatxanada yıxılaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər