Lerikdə baş verən qəzada iki nəfər xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
noy
2024
21:00

Lerikdə baş verən qəzada iki nəfər xəsarət alıb

30 noy, 2024
21:00
829

Lerikdə baş verən qəzada iki nəfər xəsarət alıb

Lerikdə yol nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran-Lerik magistralında, Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər Lənkəran rayon sakinləri 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın