İmişlidə oyun mərkəzində yanğın olub
sizinxeber.az xəbər saytı

İmişlidə oyun mərkəzində yanğın olub


İmişli rayonunda yanğın hadisəsi baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən oyun mərkəzində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 240 kvadratmetr olan binanın ikinci mərtəbəsində başlayan alov anidən güclənib.

Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, binanın birinci mərtəbəsi həmçinin içərisində yerləşən oyun avadanlıqları mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB
Sabirabadda ticarət mərkəzində yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər